
Belə deyirlər ki, dünyanı gözəllik xilas edəcək.

Həyat isə gözəlliklərlə doludur: təbiət gözəlliyi, insan gözəlliyi, sənət gözəlliyi, xarakter gözəlliyi və s.

Bu gözəlliklərin içərisində bir gözəllik də var. Bu, oxuduğumuz bədii əsərlərdən aldığımız zövqün gözəlliyidir. Bu əvəzolunmaz bir gözəllikdir. Bu gözəlliyi yaradan isə bədii sözün və ifadənin qüvvəsi, təsir gücüdür. Bu qüvvəni və gücü yaradan isə gözəllik düsturları, yəni bədii ifadə və təsvir vasitələridir.
Biz müəllimin tapşırığını yerinə yetirmək üçün axtarışa çıxdıq. Kitabxanaya getdik.


Bədii əsərlərdən lazımi materialları tapıb verilən tapşırıqlar üzrə işlədik. Belə bir nəticə əldə etdik:
İnsan ömrü boyu mütaliə edir. Bədii ədəbiyyat, elmi ədəbiyyat, siyasi ədəbiyyat və s.

Bunların içərisində bədii ədəbiyyat xüsusi ilə seçilir. Bədii ədəbiyyat bizə həyatı öyrətməklə yanaşı, həm də zövqümüzü formalaşdırır. Bizdə gözəllikləri görmək və qiymətləndirmək bacarığı yaradır.
Bədii ədəbiyyatda bu gözəllikləri yaradan vasitələrdən biri də mübaliğədir. Mübaliğə ərəb sözüdür. Mənası şişirtmək, böyütmək, artırmaq, üstünlük vermək deməkdir. Bu və digər predmetin, hadisənin əlamətlərini olduğundan müqayisəyə gəlməyəcək qədər artıq göstərməyə mübaliğə deyilir. Mübaliğə ən çox folklorda və klassik ədəbiyyatda işlədilir. Gözəllik nümunələri olan bayatılarımızda buna çox rast gəlirik. Məsələn:
Mən aşiqəm sal yana,
Dara zülfün sal yana,
Necəsən, bir ah çəkim,
Kür quruya sal yana.
Eləcə də nağıllarımızda, dastanlarımızda mübaliğədən istifadə maraq doğurur.


Qaraca çobanın, Koroğlunun qəhrəmanlıqları mübaliğəli şəkildə
təsvir olunur.

Klassik ədəbiyyatımızda isə mübaliğənin ən gözəl nümunələrini M.Füzuli yaratmışdır. Biz onun beytlərini oxuduqca heyrətə gəlirik, əfsunlanırıq. Sözün gücünə, qüvvəsinə məftun oluruq.
Məsələn:
Kuhikən künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb atmışam, min dağı bir dırnağ ilən
Beytin mənası belədir: dağçapan (bədii ədəbiyyatda Fərhada işarədir) bir dağı çapmaq üçün min baltadan istifadə elədi, mən isə min dağı bir dırnaq ilə qoparıb atmışam. Əlbəttə ki, şair ürəyinə çəkilmiş dağları nəzərdə tutur.
Yaxud:
Qəmim öylə böyükdür kim göyərsə, ot məzarımdan
Yüz il hər gün bahar olsa, ola bilməz, o ot xürrəm.
Beytin mənası belədir:
Mənim qəmim, kədərim o qədər böyükdür ki, öləndən sonra yüz il hər gün bahar olsa da, məzarım üzərində bitən otlar sevinməz, xoşbəxt olmazlar. Biz Füzulini məhəbbət şairi, qəm kədər şairi kimi tanıyırıq. Bədii ədəbiyyatda "Füzuli kədəri" deyilən bir ifadə də var. Əlbəttə, burada söhbət şəxsi kədərdən deyil, bəşəri kədərdən gedir.
Gəlin Füzulinin daha bir beytinə nəzər salaq:
O dərdlər kim mənim vardır bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən gülər əhli əzab oynar.
Rəvayətə görə cəhənnəm əhli o zaman qurtula bilər ki, dəvə o qədər incəlsin ki, iynənin gözündən keçsin. Şair göstərir ki, mənim dərdlərim o qədər ağırdır ki, onları dəvənin başına qoysan, dəvə incələr və iynənin gözündən keçər. Əzab əhli olan kafərlər də cəhənnəmdən çıxar, gülüb-oynayarlar. Böyük ustalıqla, məharətlə istifadə olunmuş bu mübaliğələr beytləri zənginləşdirir, gözəlləşdirir və təkrarolunmaz edir.
CASINO DE PA - JtmHub
ОтветитьУдалитьA new $50 no deposit bonus 김포 출장안마 at 구리 출장샵 DraftKings is now 영천 출장마사지 available for $50 on slots, 당진 출장마사지 table games, live casino games, and horse 의왕 출장샵 racing!